Türkiyənin bu vilayətində zəlzələyə görə məktəblər bağlandı


  • 09:05

Türkiyənin Tokat vilayətində baş verən 5,5 bal gücündə zəlzələdən sonra şəhərdə tədris prosesi müvəqqəti dayandırılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə valilikdən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik tədbiri olaraq 14 mart 2026-cı il tarixində bütün təhsil müəssisələrində dərslər bir günlük dayandırılacaq.

Qeyd edilib ki, qərar Təhsil Nazirliyinə bağlı fəaliyyət göstərən bütün növ dövlət və özəl təhsil müəssisələrini əhatə edir.

Qərara əsasən, həmçinin xüsusi təhsil və reabilitasiya mərkəzləri, xüsusi kurslar, eləcə də müxtəlif dövlət qurumlarına məxsus körpələr evi və məktəbəqədər təhsil müəssisələri də fəaliyyətini bir gün müddətinə dayandıracaq.

Rəsmi açıqlamada qeyd olunub ki, qərar mümkün risklərin qarşısını almaq və təhsil müəssisələrində yoxlamaların aparılması məqsədilə qəbul edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər