- 10:02
Türkiyənin Mersin vilayətinin Anamur rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun dərəyə aşması nəticəsində 3 nəfər həyatını itirib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində 11 nəfər yaralanıb.
Qəza nəticəsində sürücü və iki sərnişinin hadisə yerində öldüyü müəyyən edilib.
Müxtəlif dərəcəli xəsarətlər alan 11 nəfər isə təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə