Mikroavtobusla minik avtomobili toqquşdu - 11 nəfər yaralandı


  • 09:53

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 11 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sürücü və mikroavtobusda olan 9 işçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər