İraqda dron hücumunda Fransa əsgəri həlak olub


  • 09:34

İraqın Ərbil şəhərində yerləşən Fransa-Peşmərgə birgə hərbi bazasına dron hücumu nəticəsində bir Fransa əsgəri həlak olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ərbil qubernatorluğu məlumat yayıb.

Məlumata görə, hərbi baza pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.

Hadisəni təsdiqləyən Fransa prezidenti Emmanuel Macron bildirib ki, hücum nəticəsində bir Fransa hərbçisi həyatını itirib, bir neçə əsgər isə yaralanıb.

Fransa prezidenti qeyd edib ki, ölkəsinin İraqdakı hərbi mövcudluğu terrorizmə qarşı mübarizənin bir hissəsidir. Onun sözlərinə görə, 2015-ci ildən bəri İŞİD terror təşkilatına qarşı fəaliyyət göstərən qüvvələrə qarşı bu hücum qəbuledilməzdir.

Hücumu kimin həyata keçirdiyi barədə hələlik rəsmi məlumat verilməyib.

Məlumata görə, Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında, ABŞ hərbi bazasının da yerləşdiyi ərazidə iki güclü partlayış səsi eşidilib. Dron hücumundan sonra hava hücumundan müdafiə sistemləri işə salınıb.

Hadisə nəticəsində obyektlərə dəyən zərər barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər