Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"


  • 09:58

"İranla bağlı proses çox sürətlə irəliləyir".

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə həyat yoldaşı Melania Trampla qatıldığı tədbirdə deyib.

O bildirib ki, ABŞ ordusunun İranla bağlı həyata keçirdiyi əməliyyatlar çox yaxşı irəliləyir və proses sürətlə davam edir.

Tramp çıxışında İran rəhbərliyini tənqid edərək bildirib ki, Tehran rejimi 47 ildir bölgədə terror yayır. Onun sözlərinə görə, ABŞ hazırda bu vəziyyətə qarşı ciddi addımlar atır.

"İranla bağlı proses çox sürətlə irəliləyir. Ordumuz çox yaxşı işlər görür. Heç kim əvvəllər belə bir şey görməyib. Biz indi 47 ildə edilməli olanı edirik", - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, İranın siyasəti bölgədə gərginliyin artmasına səbəb olub və buna görə Tehran ağır bədəl ödəyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər