Dəməşq hava limanında uçuşlar dayandırıldı


  • 10:02

Dəməşq Beynəlxalq Hava Limanında uçuşlar təhlükəsizlik səbəbindən müvəqqəti olaraq dayandırılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Ömər Husari sosial şəbəkədə etdiyi paylaşımda məlumat verib.

Onun sözlərinə görə, qərar əməliyyat risklərinin texniki qiymətləndirilməsi nəticəsində qəbul edilib.

Husari bildirib ki, əsas məqsəd mülki aviasiyanın təhlükəsizliyini təmin etmək, sərnişinlərin və uçuş heyətinin təhlükəsizliyini qorumaqdır.

O qeyd edib ki, mövcud şəraitə görə Dəməşq hava limanının cənub hava dəhlizləri hələ də qeyri-sabit olaraq qalır.

Rəsmi şəxs əlavə edib ki, alternativ tədbir kimi Hələb Beynəlxalq Hava Limanı yenidən aktivləşdirilib və Türkiyə və Aralıq dənizi istiqamətində uzanan şimal hava dəhlizləri istifadəyə verilib.

Onun sözlərinə görə, hava limanlarının və ya hava dəhlizlərinin yenidən açılması ilə bağlı qərar yalnız tam təhlükəsiz əməliyyat şəraiti təmin edildikdən sonra qəbul olunacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər