- 13:33
İranın İsrailin şimalını hədəf alan raket hücumunda 33 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.
Məlumata görə, İrandan edilən yeni raket hücumunda xəsarət alanlardan birinin vəziyyəti orta ağırdır.
KİV-də yayılan məlumatlara görə, raket hücumundan sonra İsraildə sirena və partlayış səsləri eşidilib.
İsrail mediası İranın cavab atəşi nəticəsində bəzi evlərin zərər gördüyünü bildirib.
İsrail ordusu yarım saat ərzində İrandan ölkənin şimalına iki ayrı intensiv raket hücumunun edildiyini açıqlayıb və əhalidən sığınacaqlara getməyi xahiş edib.
Yusif Şükürov