Pakistan Əfqanıstandan təhlükəsizlik zəmanəti tələb edir


  • 12:50

Pakistan Əfqanıstandan təhlükəsizliyini təmin etmək və Əfqanıstan ərazisindən transsərhəd terrorizmi dayandırmaq üçün möhkəm təminat tələb edir.

E-huquq.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi brifinqdə bildirib.

“Belə təminatlar alınmadığı üçün Pakistan öz siyasətini davam etdirəcək və transsərhəd hücumlar baş verəcəyi təqdirdə özünümüdafiə hüququnu saxlayır”, - sözçüsü bildirib.

Andrabi deyib ki, Pakistan və Çin Əfqanıstanla bağlı ortaq mövqeyə malikdirlər və bu, bu həftə Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar və çinli həmkarı Van İ arasında telefon danışığında təsdiqlənib.

Humay Eminqızı

Oxşar xəbərlər