İsrailin Livana hücumları nəticəsində 5 nəfər həlak olub


  • 12:52

İsrailin Livana hücumları nəticəsində 5 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi "NNA" məlumat yayıb.

Belə ki, İsrailə məxsus pilotsuz uçan aparat Livanın cənubundakı Tir şəhərində bir avtomobili hədəfə alıb. Hücum nəticəsində bir nəfər ölüb.

İsrailin mərkəzi Bekaanın Ber Elyas bölgəsindəki bir mənzilə hücumu nəticəsində Livan Camaat-e-İslami rəsmisi Yusuf ed-Dahuk yaralanıb, iki oğlu isə həlak olub.

Livanın cənubundakı Nəbatiyyə əyalətinin Aba şəhərində evlərə hücum nəticəsində bir qadın ölüb, əri isə yaralanıb.

Bundan əlavə, Beyrutun cənubundakı Dahiye bölgəsinin Cənah məhəlləsində bir avtomobili hədəf alan İsrail hücumunda bir nəfər həlak olub.

Humay Eminqızı

Oxşar xəbərlər