- 13:33
Çin mülki əhalinin zərər görməsinə səbəb olan bütün hücumları pisləyir.
E-huquq.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tsyakun brifinqdə İranın cənubundakı Minab şəhərində qızların ibtidai məktəbinə ABŞ-İsrail hava hücumunu şərh edərkən deyib.
"Çin mülki şəxslərə və mülki obyektlərə qarşı hər cür hücumları pisləyir. Uşaqların zərər görməsi ilə nəticələnən hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və insan əxlaqının sərhədlərini aşmaqdadır", - rəsmi nümayəndə bildirib.
Humay Eminqızı