- 13:27
Səudiyyə Ərəbistanı ölkəni hədəf alan 8 pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
E-huquq.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri ölkəni hədəf alan 5 PUA-nı vurub.
PUA-lardan 2-si şərq bölgəsində, 3-ü isə Əl-Harç bölgəsində məhv edilib.
Bəyanatda, həmçinin Ər-Riyadda səfirliklərin yerləşdiyi əraziyə hücum cəhdi olduğu və PUA-nın zərərsizləşdirildiyi qeyd edilib.
Yusif Şükürov