- 17:25
Avstraliya hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Livan ərazisində çalışan məcburi olmayan diplomatlarına ölkəni tərk etməyi əmr edib.
E-huquq.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirib ki, təhlükəsizlik şəraitinin pisləşməsi səbəbindən Xarici İşlər Nazirliyi Livanda fəaliyyət göstərən məcburi olmayan işçilərin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Nazir qeyd edib ki, bölgədə yaşayan avstraliyalılara konsulluq xidmətlərinin göstərilməsi üçün Livanda məhdud sayda əməkdaş fəaliyyətini davam etdirəcək.
Eyni zamanda, Avstraliya hökuməti vətəndaşlarına Livana səyahət etməmək barədə çağırışını bir daha təkrarlayıb.
Şəbnəm Mehdizadə