Məzmuna keç

Şri-Lanka Rusiyadan enerji təchizatını təmin etməyi xahiş edib

Şri-Lanka ölkəyə enerji daşıyıcılarının tədarükünün təmin olunması xahişi ilə Rusiyaya müraciət edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Şri-Lankadakı səfiri Levan Caqaryan ölkənin xarici işlər naziri Vijita Herat tərəfindən görüşə dəvət olunub.

Görüş zamanı Vijita Herat Şri-Lankaya enerji resurslarının tədarükü imkanının nəzərdən keçirilməsi xahişi ilə müraciət edib.

Caqaryan qeyd edib ki, müvafiq müraciət dərhal Moskvaya çatdırılacaq.

Humay Eminqızı