Qazaxıstanda referendumda seçici fəallığı 70 faizi keçdi - YENİLƏNİB


  • 15 Mart 17:35

Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı 70,98% təşkil edib.

E-huquq.az xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının katibi Şavkat Ötəmisov məlumat verib.

Onun sözlərinə görə, ölkə üzrə ümumilikdə 8 845 280 vətəndaş səsvermə hüququndan istifadə edib.

***

11:49

Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 11:00-a) 37,54 faiz və ya 4 677 595 nəfər təşkil edib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Referendum Mərkəzi Komissiyası xəbər yayıb.

Ən aşağı fəallıq Almatı şəhərində 14,85% olaraq qalır, ən yüksək fəallıq isə Aktobe bölgəsində 45,73% təşkil edir. Astanada isə fəallıq 31,23% təşkil edir.

Qeyd edək ki, səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir. Referendum saat 20:00-dək davam edəcək. Referendum iştirakçılarının siyahısına 12 mil 461 min 796 vətəndaş daxil edilib.

***

10:05

Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 10:00-a 19,21 faiz və ya 2 milyon 393 min 844 nəfər təşkil edib.

E-huquq.az Qazaxıstan MSK-ya istinadən xəbər verir ki, səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir. Referendum saat 20:00-dək davam edəcək.

Referendum iştirakçılarının siyahısına 12 mil 461 min 796 vətəndaş daxil edilib.

Oxşar xəbərlər