- 20:22
İranda ABŞ və İsrailin zərbələrinin nəticələrini foto və video qeyd edən 18 nəfər saxlanılıb, əlavə olaraq 21 nəfər məhkəmə tədbirlərinə cəlb olunub.
E-huquq.az xəbər verir ki, bu barədə İslam Respublikası Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, saxlanılanlar terror şəbəkəsinin və "International media center"in əməkdaşları olub və onlar sionist-ABŞ düşməni tərəfindən həyata keçirilən bombardman yerlərinin görüntülərini qarşı tərəfə ötürüb.
İranın dövlət televiziya və radio şirkətinə istinadən bildirilib ki, əlavə 21 nəfər də müvafiq məhkəmə tədbirlərinə cəlb olunub.