Mikroavtobusla minik avtomobili toqquşub: 2 nəfər ölüb, 13 nəfər yaralanıb


  • 09:57

Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Ankaranın Polatlı rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində iki Suriya vətəndaşı ölüb, 13 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürən briqadaları göndərilib.

Yaralılar Polatlı Dövlət Xəstəxanasına çatdırıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər