- 11:09
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Beynəlxalq Hava Limanında pilotsuz təyyarənin hücumundan sonra yanğın baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınla əlaqədar Dubay Hava Limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Hökumətin yaydığı açıqlamada, hava limanı yaxınlığında pilotsuz təyyarənin yanacaq çəninə dəyməsi nəticəsində yaranan yanğının nəzarət altına alınması üçün işlərin davam etdiyi bildirilib.
Hücum nəticəsində ölən və yaralananların olmadığı qeyd edilib.
Şəbnəm Mehdizadə