- 13:01
Almaniya Hörmüz boğazında gərginlik və İrana qarşı hücumlar fonunda beynəlxalq hərbi əməliyyatda iştirak etməyəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.
Nazir qeyd edib ki, Almaniya hökumətinin bu məsələ ilə bağlı mövqeyi aydındır və bu yanaşma kansler Fridrix Merz və müdafiə naziri Boris Pistorius tərəfindən də açıq şəkildə ifadə olunub.
Xarici işlər naziri mümkün diplomatik danışıqlar prosesində iştirak etmək istədiklərini də vurğulayıb.
“Hörmüz boğazında davamlı təhlükəsizliyə yalnız diplomatik həll və İranla danışıqlar yolu ilə nail olmaq mümkündür”, – deyə nazir bildirib.
Vadeful əlavə edib ki, neft qiymətləri yalnız regiondakı münaqişə həll olunduqdan sonra normallaşa bilər.
Şəbnəm Mehdizadə