- 14:12
Türkiyənin Bolu şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bolunun Mudurnu rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Zərbənin təsirindən hər iki avtomobil yolun kənarına aşıb.
Qəzadan sonra hadisə yerinə tibb və polis qrupları cəlb edilib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
YüK maşınını idarə edən şəxsin sürücülük vəsiqəsinin müəyyən eidlib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə