- 16:28
Kiyev rejimi və onun himayədarları Rusiyada təxribat və terror aktlarına cəhd etməkdə davam edir və onların sayı durmadan artır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ural Federal Dairəsində keçirilən iclasda bildirib.
“2025-ci ildə Rusiya ərazisində 1830 terror aktı törədilib ki, bu da 2024-cü illə müqayisədə (1101) 40%, 2023-cü illə müqayisədə (271) 6,5 dəfə çoxdur”, - Şoyqu bildirib .
Humay Eminqızı