Qəzza zolağında ölənlərin sayı 72 249 nəfərə çatıb


  • 15:19

İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 249 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 2 ölünün cəsədi və 20 yaralı xəstəxanaya çatdırılıb.

Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 673 nəfər ölüb, 1799 nəfər yaralanıb, dağıntılar altından 756 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına hücumları nəticəsində 171 898 nəfər yaralanıb.

Qəzza zolağında minlərlə cəsədin hələ də dağıntılar altında olduğu bildirilir.

Humay Eminqızı

Oxşar xəbərlər