BƏƏ-də ballistik raketin zərərsizləşdirilməsi zamanı 1 nəfər ölüb


  • 15:58

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Beni Yas bölgəsində hava hücumundan müdafiə sistemləri tərəfindən ballistik raketin zərərsizləşdirilməsi zamanı düşən qəlpələr bir nəfərin ölümünə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əbu-Dabinin Media Ofisi "X" platformasında məlumat yayıb.

Bəyanatda bildirilir ki, hava hücumundan müdafiə sistemləri tərəfindən ballistik raketin ələ keçirilməsi zamanı qəlpələr Əbu-Dabinin Beni Yas bölgəsinə düşüb.

Qeyd edilib ki, hadisə nəticəsində bir Pakistan vətəndaşı həyatını itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər