BƏƏ: Bu gün İrandan 10 raket və 45 dron atılıb


  • 16:28

Bu gün İrandan gələn 10 ballistik raket və 45 PUA Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda həmçinin qeyd olunur ki, İran tərəfindən başladılan hücumların bir hissəsi olaraq BƏƏ hava hücumundan müdafiə sistemləri indiyə qədər 314 ballistik raket, 15 qanadlı raket və 1672 PUA-nı zərərsizləşdirib.

Bildirilib ki, İranın hücumları nəticəsində 2 BƏƏ əsgəri və Pakistan, Nepal, Banqladeş, Fələstin əsilli 6 mülki şəxs həyatını itirib, 157 nəfər isə yaralanıb.

Nazirlik bütün təhdidlərə qarşı ayıq-sayıq qaldığını və ölkənin təhlükəsizliyini və suverenliyini qorumaq üçün qətiyyətlə tədbirlər gördüyünü vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər