- 13:13
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin hava məkanında bir ballistik raket və 15 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sosial media hesabında əlumat verilib.
Ölkənin şərqini hədəf alan yeni PUA hücumlarının qarşısının alındığını bildirilib.
Bəyanatda şərq bölgəsində müdafiə sistemləri tərəfindən 15 PUA-nın məhv edildiyi bildirilsə də, PUA-ların mənşəyi barədə məlumat verilməyib.
Həmçinin Səudiyyə Ərəbistanının cənub-şərqindəki əl-Xarc əyalətinə doğru istiqamətlənən ballistik raket aşkar edildiyi və bu raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi qeyd edilib. Raketin bəzi parçaları Şahzadə Sultan Hava Bazasının yaxınlığında düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi hücum təhlükəsi səbəbindən cənub-şərqdəki əl-Xarc əyalətində sirenaların çalındığını açıqlayıb.
Şəbnəm Mehdizadə