ABŞ: Hörmüz boğazı yaxınlığındakı İran raket bazalarına hücumlar baş verib


  • 11:56

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı yaxınlığındakı sahildə yerləşən İran raket bazalarına hava hücumları təşkil etdiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında məlumat verilib.

Bəyanatda ABŞ qüvvələrinin Hörmüz boğazı yaxınlığındakı İran sahil xəttində yerləşən İran raket bazalarına hücum etdiyi bildirilib.

Bu bazalardakı İran istehsalı olan gəmi əleyhinə kruiz raketlərinin boğazdakı beynəlxalq dəniz gəmiçiliyi üçün təhdid yaratdığı iddia edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər