- 14:07
Ərbildəki ABŞ Konsulluğunun yaxınlığında və Serbesti məhəlləsində çoxsaylı partlayışlar eşidilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, kamikaze dronları ilə Ərbilə edilən hücumdan sonra hava hücumundan müdafiə sistemləri işə salınıb.
Şəhər boyunca çoxsaylı partlayışlar eşidilib.
Yerli media hücumda istifadə edilən dronların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
İraq Kürdüstan Regional Hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, İran ABŞ və İsrailə qarşı qisas hücumlarına başlayandan bəri Ərbildə hər gün partlayışlar eşidilir və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Şəbnəm Mehdizadə