- 14:07
İranın hücumun başlandığını elan etməsindən sonra İsrailin bir sıra şəhərlərində, xüsusilə Təl-Əvivdə hava həyəcanı siqnalları səsləndirilib.
E-huquq.az xəbər verir ki, İran mediası İnqilab Keşikçiləri Korpusunun Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricaninin ölümünə cavab olaraq yeni hücumun başladıldığını açıqlayıb. Bunun ardınca İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılan raketləri zərərsizləşdirməyə çalışdığını bildirib.
Məlumatlara görə, İran raketləri ilə əlaqədar olaraq Təl-Əviv də daxil olmaqla İsrailin bir çox şəhərində sirenlər işə düşüb.
Bildirilir ki, İrandan buraxılan çoxbaşlı raket Təl-Əviv səmasında müşahidə olunub və ard-arda güclü partlayış səsləri eşidilib.
İsrailin 12-ci Kanal televiziyasının ilkin qiymətləndirməsinə əsasən, çoxbaşlı raketin təsiri nəticəsində Təl-Əviv ətrafında ən azı 4 nöqtədə ziyan qeydə alınıb.
Şəbnəm Mehdizadə