Moldova 2027-ci ildə MDB-dən çıxacaq


  • 15 Aprel 14:47

Moldova 2027-ci ilin aprel ayında rəsmi olaraq MDB-dən çıxacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Naziri Mixay Popşoy bildirib.

“Prezident Maya Sandu tərəfindən Moldova parlamentinin MDB-də iştirakı ilə bağlı sazişlərin denonsasiyası haqqında qərarlarının təsdiqlənməsindən sonra 8 apreldə bildiriş Minskdəki katibliyə göndərilib. Biz onun qəbul edildiyi barədə təsdiq almışıq, 2027-ci ilin aprel ayında respublika rəsmi olaraq MDB-dən çıxmalıdır”, - Popşoy bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər