Məzmuna keç

Mustafa Çiftçi: Məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb –

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb.

"Məktəbə hücumda ölənlərin sayı 9-a çatıb, onlardan biri müəllim, doqquzu şagirddir", – o bildirib.

Mustafa Çiftçi qeyd edib ki, 13 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.

***

15:50

Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 4 nəfər həlak olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər yaralanıb.

Humay Eminqızı