- 11:11
İranın bütün məktəblərində distant təhsilə keçid edilib.
E-huquq.az xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin sözçüsü məlumat verib.
Onun sözlərinə görə, ölkədəki mövcud şəraiti nəzərə alaraq aprelin 21-dən etibarən məktəblərdə ənənəvi tədris prosesi dayandırılacaq.
Bu qərar ölkə üzrə bütün təhsil pillələrini və mərhələlərini əhatə edir.
Qərar növbəti xəbərdarlığa qədər qüvvədə qalacaq.
Rəsmilər bildiriblər ki, tələbə və müəllimlərin sistemə uyğunlaşması üçün lazımi texniki hazırlıq işləri aparılır.
Şəbnəm Mehdizadə