- 11:53
İsveç məktəblərində planşet və kompüterlərdən istifadənin azaldılması istiqamətində tədbirlər görülür.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məktəblərdə daha çox kitablara, kağızlara və qələmlərə qayıtmağa yönəlmiş yeni təhsil siyasətinə keçid edilir.
Bu yanaşma xüsusilə gənc yaş qrupları tətbiq edilir.
Hökumət 2019-cu ildən etibarən tətbiq edilən məcburi məktəbəqədər rəqəmsal təhsil tələbini ləğv edib və iki yaşından kiçik uşaqlar üçün planşetlərdən istifadəni qadağan edib. Məktəblərə dərsliklərin alınması üçün təxminən 200 milyon dollar həcmində böyük büdcə ayrılıb. Mobil telefonların təhsil üçün istifadəsinə tam qadağa qoyulması barədə qərar qəbul edilib.
Neyroloqlar rəqəmsal cihazların sinifdə diqqəti əhəmiyyətli dərəcədə yayındırdığını və bu cihazlardan oxumağın məlumatın işlənməsini çətinləşdirdiyini deyir.
Şəbnəm Mehdizadə