Ağ Evin İranla bağlı bəyanatından sonra neftin qiyməti aşağı düşüb


  • 10:27

Ağ Evin Yaxın Şərqdə müharibəyə son qoymaq məqsədi ilə İranla danışıqların yeni raundu ilə bağlı "nikbin" açıqlamaından sonra neft qiymətləri cümə axşamı erkən ticarətdə aşağı düşüb.

E-huquq.az "Reuters"ə istinadən xəbər verir ki, Brent markalı neftin fyuçersləri 44 sent və ya 0,5 faiz ucuzlaşaraq 94,49 dollar/barelə düşüb.

ABŞ-nin West Texas Intermediate (WTI) xam neftinin fyuçersləri də 70 sent və ya 0,8 faiz dəyər itirərək 90,59 dollara satılıb.

Bildirilir ki, Pakistanın Baş Qərargah rəisi Asim Münirin ABŞ ilə danışıqlara qayıtmaq imkanını müzakirə etmək üçün Tehrana səfəri bazarlarda müsbət qarşılanıb. Diplomatik həll ümidləri Asiya fond bazarlarına da təsir edib.

İnvestorlar atəşkəsin uzadılması və davamlı sülh sazişinin əldə olunması imkanlarını diqqətlə izləməyə davam edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər