Rusiyalı hakerlər Yunanıstan Baş Qərargahının hesablarını ələ keçirib


  • 16 Aprel 10:42

Rusiyalı hakerlərin Yunanıstanın Baş Qərargahına (HNDGS) aid 27 elektron poçt hesabına sızdığı müəyyən edilib.

E-huquq.az "Reuters"ə istinadən xəbər verir ki, oğurlanmış hesablar arasında Yunanıstanın Hindistan və Bosniya və Herseqovinadakı hərbi attaşelərinə məxsus hesablar da var.

Britaniya və Amerika kibertəhlükələri üzrə tədqiqatçılardan ibarət qrup məlumat sızmasını aşkar edib.

Hücumun Rusiya hərbi kəşfiyyatı ilə əlaqəsi olduğu bilinən “Fancy Bear” kimi tanınan kibercasusluq qrupu ilə əlaqəli olduğu güman edilir.

Rəsmi Moskva isə kiberhücum iddialarını təkzib edib. Məlumatlar göstərir ki, Rusiyanın casusluq fəaliyyəti təkcə Yunanıstanla məhdudlaşmır, geniş yayılmış kampaniyanın bir hissəsidir. Ukraynada son bir neçə ayda korrupsiya ilə mübarizə aparan prokuror və müstəntiqlərə və rusiyalı əməkdaşlara məxsus 170-dən çox hesab oğurlanıb.

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus ən azı 67 eelektron poçt hesabı sındırılıb. Bunlara NATO hava bazalarındakı hesablar və yüksək rütbəli hərbçinin hesabları daxildir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər