Keniya məhkəməsi qarışqa oğurluğunda təqsirləndirilən şəxsi 12 ay həbs cəzasına məhkum edib


  • 16 Aprel 11:11

Keniya məhkəməsi çinli sərnişini çamadanında ölkədən diri qarışqa keçirməyə cəhd etdiyinə görə 1 milyon şillinq (təxminən 7750 dollar) cərimə və 12 ay həbs cəzasına məhkum edib.

E-huquq.az ötən ay Nayrobinin əsas beynəlxalq hava limanında həbs edilən sərnişin Zhang Kequnun baqajında ​​plastik qablarda gizlədilmiş 2200-dən çox diri bağ qarışqası olduğu aşkarlanıb.

Zhang əvvəlcə ittihamları rədd etsə də, sonradan etiraf edib. Prosesə sədrlik edən hakim İrene Qichobi son vaxtlar qarışqa qaçaqmalçılığı ilə bağlı işlərin artdığını vurğuolayıb.

Qichobi böyük miqdarda qarışqaların toplanmasının ekoloji tarazlığa mənfi təsirini vurğulayaraq, bu cür cinayətlərin qarşısını almaq üçün sərt cəzanın lazım olduğunu bildirib.

Xüsusilə Çin kimi ölkələrdə qarışqa koloniyalarının sosial quruluşunu öyrənmək istəyən həvəskarlar tərəfindən qarışqaların yüksək məbləğlərə alındığı bildirilir.

Vəhşi təbiət mütəxəssisləri xatırladıblar ki, ötən il Keniyada oxşar hadisə ilə bağlı dörd nəfər külli miqdarda cərimələnib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər