- 17 Aprel 21:50
Braziliyanın paytaxtı Rio-de-Janeyroda səyyar satıcı İngilis turistə qarşı dələduzluq edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, satıcı və onun şərikinin dələduzluq edərək turistdən min dəfə artıq pul aldığı məlum olub.
Belə ki, zərərçəkmiş turist 10 real dəyərində olan bir şiş kababa səhvən 10.000 real ödəyib.
Şübhəli polis tərəfindən Kopakabana çimərliyində yaxalanıb.
Rio Turizm Polisinin rəisi Patricia Alemany Kopakabana və İpanema çimərliklərində belə hadisələrin qarşısını üçün tədbirlər gördüyünü bildirib.
Alemany çimərliklərdə nəzarətin olmamasının fırıldaqçılar üçün münbit zəmin yaratdığını deyib.
Mütəxəssislər turistlərə terminallardakı nömrələri diqqətlə yoxlamaları barədə xəbərdarlıq edir.
Şəbnəm Mehdizadə