- 17 Aprel 21:50
Rusiya hərbi hava qüvvələri gecə boyu Ukraynanın Kiyev və Odessa şəhərlərinə, həmçinin Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində azı 15 nəfərin ölüb, 95 nəfərin yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın paytaxtı Kiyevin meri Vitaliy Kliçko sosial media hesabında paylaşım edib.
O bildirib ki, hücum nəticəsində Kiyevdə 4 nəfər, o cümlədən 12 yaşlı uşaq ölüb, 45 nəfər yaralanıb.
Kliçko hava hücumu təhlükəsinin davam etdiyi barədə xəbərdarlıq edib.
Rusiyanın Odessaya hücumları zamanı yaşayış məntəqələrinin və liman infrastrukturunun zədələndiyi bildirilib. Hücumları zamanı 8 nəfər ölüb, 16 nəfər yaralanıb.
Rusiyanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində isə 3 nəfər ölüb, 34 nəfər yaralanıb.
Humay Eminqızı