CCDH: "X" uşaqlara cinsi məzmunlu materiallar təqdim edir


  • 11:45

Amerikalı sahibkar İlon Muskın sahibi olduğu "X" sosial şəbəkəsi 13 yaşından kiçik uşaqlara cinsi məzmunlu materiallar təqdim edir.

E-huquq.az-ın məlumatına görə, bu fakt Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin (CCDH) hesabatında yer alır.

Tədqiqatçılar, 13 yaşlı oğlan və qızlara aid test hesablarını təhlil ediblər. Nəticədə, məlum olub ki, cinsi məzmunlu axtarışların 80%-i heç bir yaş yoxlaması və ya məzmun filtrləməsi olmadan ilk 10 nəticədə açıq-saçıq şəkillər göstərib.

Bu axtarışlardan sonra, platformanın tövsiyə etdiyi məzmunların 30,5%-i açıq-saçıq materiallarla dolub.

Böyük Britaniyanın Uşaq Komissarlığından bildirilib ki, "X" platforması artıq uşaq pornoqrafiyasının ən geniş yayıldığı mənbəyə çevrilib, hətta böyüklər üçün nəzərdə tutulan xüsusi saytları belə geridə qoyub.

Böyük Britaniyanın media tənzimləyici orqanı Ofcom isə açıqlayıb ki, "X" də daxil olmaqla 100-dən çox platforma araşdırılıb və qaydaları pozanlar ağır cərimələrlə üzləşəcək.

Qanuna əsasən, qaydaları pozan platformalar qlobal gəlirlərinin 10%-nə qədər cərimə ödəyə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər