- 13:59
Türkiyədə məktəblərə hücumdan sonra bir çox sosial şəbəkə səhifələri bloklanıb.
E-huquq.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Şanlıurfa və Kahramanmaraşda məktəblərə edilən hücumlardan sonra aparılan araşdırmalar çərçivəsində 940 sosial media hesabına girişin bloklandığı, 93 teleqram kanalının bağlandığı və 83 şübhəlinin həbs edildiyi bildiirlib.
"Cinayətkarlığı və cinayətkarları tərifləyən və ictimai asayişə mənfi təsir göstərən fəaliyyətlərlə məşğul olduqları müəyyən edilmiş 83 nəfər haqqında həbs qərarı verilib və onlara qarşı məhkəmə prosesi başlanıb. Bundan əlavə, 940 sosial media hesabına giriş bloklanıb və 93 teleqram kanalı bağlanıb", - deyə məlumatda qeyd olunub.
Şübhəlilərlə bağlı hüquqi proseslərin hərtərəfli şəkildə davam etdirildiyi vurğulanıb.
Şəbnəm Mehdizadə