- 17 Aprel 21:50
"İran raketləri ABŞ hərbi gəmilərini hədəf alıb".
E-huquq.az xəbər verir ki, bunu İran televiziyasına müsahibəsində İranın Məsləhət Şurasının üzvü Möhsün Rezayi deyib.
"Bizim buraxılış qurğularımız hərbi gəmiləri hədəfə alıb və biz onların hamısını batıracağıq", - Rezayi bildirib.
O, ABŞ-yə qarşı təzyiqin artırılmasının vacibliyini vurğulayıb.
Rezayi ABŞ-nin dəniz blokadası planlarını uğursuz adlandırıb. Onun sözlərinə görə, amerikalıların İrana qarşı müharibəni dayandırmaq planları yoxdur.
Rezayi əlavə edib ki, rəsmi Vaşinqton İsfahana desant çıxarmağı və İran uranını ələ keçirməyi planlaşdırırdı.
Humay Eminqızı