Pistorius Rusiyanı ittiham edib


  • 16 Aprel 13:01

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanı Ukrayna ilə bağlı sülh danışıqlarına qeyri-ciddi yanaşmaqda ittiham edib.

E-huquq.az xəbər verir ki, Bundesverin (Almaniya Silahlı Qüvvələri - Qeyd) rəhbəri bildirib ki, hazırda Rusiya-Ukrayna sülh danışıqları dayandırılıb

"Amma həqiqət budur ki, Rusiya onları heç vaxt ciddiyə almayıb. Ona görə də Ukraynanı dəstəkləmək daha vacibdir”, - Pistorius bildirib.

Nazir qeyd edib ki, bir sıra ölkələrin uzaqgörən olmayan addımları Yaxın Şərqdəki münaqişə fonunda Rusiyanın büdcəsinin artmasına səbəb olub.

Humay Eminqızı

Oxşar xəbərlər