- 17 Aprel 21:50
"Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq üçün çox böyük potensiala malikdir və geniş spektrdə inkişaf edir".
E-huquq.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
“Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensiala malikdir və geniş spektrdə inkişaf edir. Biz parlamentlərarası əməkdaşlığımızın inkişafından da məmnunuq”, - Matviyenko bildirib.
O, həmçinin Rusiya və Azərbaycan prezidentlərinin təmasda olduqlarını da vurğulayıb.
Humay Eminqızı