Türkiyədə bu yay istilərin rekord hədə çatacağı gözlənilir


  • 14:44

Türkiyədə bu il istilərin rekordd hədə çatacağı gözlənilir.

E-huquq.az "TTRT Haber"ə istinadən xəbər verir ki, bunu Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasətləri Tətbiq və Araşdırma Mərkəzinin direktoru, professor Levent Kurnaz söyləyib.

Professor ölkədə yay aylarında temperaturun yüksək səviyyədə qalacağını və xüsusilə iyulun sonundan etibarən rekord temperaturun qeydə alınacağını bildirib.

Qeyd edək ki, Türkiyədə 2026-cı ilin yanvarında qlobal orta səth havasının temperaturu 12,95 dərəcə Selsi ilə rekordlar üzrə beşinci ən isti yanvar olaraq qeydə alınıb. 2026-cı ilin yanvarında qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,51 dərəcə yüksək olub.

2026-cı ilin fevral ayında qlobal səth havasının orta temperaturu Selsi üzrə 13,26 dərəcəyə çatıb və bu, tarixdə beşinci ən isti fevral olub.

Baharın ilk ayı olan mart isə Türkiyədə tarixdə dördüncü ən isti mart kimi yadda qalıb. Keçən ay səth temperaturu 13,94 dərəcə Selsiyə çatıb ki, bu da 1991-2020-ci ilin mart aylarının orta göstəricisindən 0,53 dərəcə yüksəkdir. 2026-cı ilin mart ayı 2024-cü ilin martından 0,20 dərəcə soyuq olub ki, bu da tarixdə ən isti mart olub.

Proffesor bildirib ki, ötən qışda əvvəlki qışlarla müqayisədə həm kifayət qədər yağıntı, həm də qeyri-adi dərəcədə aşağı temperatur müşahidə olunub.

Kurnaz İstanbula qış aylarında kifayət qədər qar yağmadığını və bu vəziyyətin təxminən son 15 ildə adi hala çevrildiyini qeyd edib.

Kurnaz, yay aylarında temperaturun yüksək səviyyədə qalacağını qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər