Məzmuna keç

Rusiyada axtarışda olan şəxs polisləri güllələdi –

Rusiyada atışma olub, ölən və yaralılar var.

E-huquq.az xəbər verir ki, hadisə Orenburq vilayətinin Akkermanovka qəsəbəsində baş verib.

Məlumata görə, federal axtarışda olan bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarını görüb və onlara atəş açıb.

Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, daha üçü yaralanıb.

Yaralılara tibbi yardım göstərilib, cinayəti törədən şəxs hadisə yerindən qaçıb.