Tramp İranla razılaşma əldə olunacağı təqdirdə İslamabada səfər edəcəyini istisna etməyib


  • 16 Aprel 22:55

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunacağı təqdirdə İslamabada səfər edə biləcəyini istisna etməyib.

E-huquq.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu jurnalistlərlə söhbəti zamanı bildirib.

“Əgər razılaşma İslamabadda əldə olunarsa, ora gedə bilərəm”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, əgər atəşkəs müddəti bitənədək razılaşma əldə olunmasa, döyüşlər yenidən başlaya bilər.

“Deyərdim ki, razılaşma olmasa, döyüşlər bərpa olunacaq”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, proses hazırda müsbət istiqamətdə gedir və razılaşma daha tez də əldə oluna bilər.

Oxşar xəbərlər