- 11:22
Türkiyənin Adana şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az xəbər verir ki, Adananın Seyhan rayonunda təkrar emal müəssisəsində naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası, polis və təcili tbbi yardım briqadaları göndərilib.
Partlayışlarla müşayiət olunan yanğın nəticəsində səmanı qatı tüstü bürüyüb.
Polis qrupları sakinləri təxliyə ediblər.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Şəbnəm Mehdizadə