Qonşusunu xilas etməyə çalışan qadın yanğında öldü


  • 09:55

Türkiyənin Tokat vilayətində bədbəxt hadisə baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tokat vilayətinin Niksar rayonunda ikimərtəbəli evdə naməlum səbəbdən yanğın baş verib.

Qonşu qadın ev sahibinə kömək etmək üçün arxa qapını sındıraraq evə daxil olub.

Hadisə yerinə yanğınsöndürənlər və tibb briqadaları göndərilib.

Ağır yaralanan qadın Niksar Dövlət Xəstəxanasına aparılıb, daha sonra Kayseridəki xəstəxanaya köçürülüb.

Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər