İtaliyada bank qarət olunub, 25 nəfər girov götürülüb


  • 10:10

İtaliyanın Neapol şəhərində "Credit Agricole" bankı qarət olunub.

E-huquq.az arici KİV-ə istinadən xəbər verir ki, qısa müddət ərzində xüsusi təyinatlılar Toskanadan bölgəyə yeridilib. Onlar bankın şüşələrini sındıraraq içəridəki insanları evakuasiya etməyə çalışıb.

Lakin qruplar içəri girəndə quldurlar 25 nəfəri girov götürərək yeraltı tunellərlə qaçmağı bacarmışdı.

Yerli mətbuatın məlumatına görə, hücum edənlər əvvəlcədən hazırladıqları tunel vasitəsilə kanalizasiya sisteminə daxil olaraq qaçmağa nail olub.

Təxminən iki saat davam edən danışıqlardan sonra girovlar azad edilib, lakin quldurlar hələ də tapılmayıb.

Oğurluğun maliyyə xərcləri ilə bağlı hələlik dəqiq bir rəqəm verilməyib. Bildirilib ki, soyğunçular bankdakı nağd pulu deyil şəxsi seyfləri hədəf alıb.

Polis kanalizasiya sistemi boyunca genişmiqyaslı axtarışlara başlayıb.

Şahidlərdən biri yerli mediaya bildirib ki, quldurlar girovlara qarşı heç bir fiziki zorakılıq tətbiq etməyiblər.

Hadisəni minlərlə insan televiziya vasitəsilə canlı izləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər