- 11:40
Avropa İttifaqı (Aİ) demoqrafik daralma dövrünə qədəm qoyur.
E-huquq.az xəbər verir ki, Aİ Statistika İdarəsinin (“Eurostat”) dərc etdiyi yeni məlumata görə, Aİ əhalisi 2100-cü ilə qədər 11,7 faiz azalaraq təxminən 53 milyon insan itirəcək.
Aİ əhalisinin 2029-cu ildə 453 milyona çatacağı proqnozlaşdırılır. Bununla belə, əsrin sonuna qədər ümumi əhalinin 400 milyondan aşağı düşəcəyi təxmin edilir. Demoqrafik dəyişiklik yalnız azalma ilə məhdudlaşmayacaq, həm də əhalinin strukturunu əsaslı şəkildə dəyişəcək:
Gənclərin və reproduktiv yaşda olan şəxslərin sayı sürətlə azalacaq. Ümumi əhalidə 80 və yuxarı yaşda olan şəxslərin xüsusi çəkisinin iki dəfədən çox artacağı gözlənilir.Əsas səbəb kimi doğuş nisbətinin kəskin azalmasıdır.
Bu nisbət əhalinin dəyişdirilməsi üçün tələb olunan həddən xeyli aşağıdır. Əhalinin qocalması Avropada daha az işçi və daha çox pensiyaçı deməkdir. Bu, pensiya sistemlərinə və səhiyyəyə maliyyə təzyiqini artırır.
Fransada prezident Emmanuel Makron demoqrafik strukturun yenidən qurulmasına dair çağırış edib.
Avropa Parlamentinin araşdırmaları göstərir ki, miqrasiya son illərdə əhalinin azalmasını bir qədər ləngitsə də, doğum nisbətinin aşağı düşməsini tam kompensasiya edə bilmir. Digər tərəfdən, bütün Avropada miqrasiya siyasətlərinin sərtləşdirilməsi bu balansı daha da çətinləşdirir.
Şəbnəm Mehdizadə