- 12:24
İndoneziyanın Qərbi Kalimantan əyalətində helikopter qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti məlumat yayıb.
Dünən yerli vaxtla 07:34 radələrində Melavi bölgəsindən havaya qalxan “Airbus H130” tipli helikopter saat 08:39-da itkin düşüb.
Göyərtədə ümumilikdə 2 pilot və 6 sərnişin olub.
Axtarış-xilasetmə qrupları helikopteri Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində tapıblar.
Rəsmilər bildiriblər ki, helikopterdə olan 8 nəfərin hamısı həyatını itirib.
Qəzanın səbəbi ilə bağlı hələlik açıqlama verilməyib.
Humay Eminqızı