Toy üçün alış-veriş edən iki fələstinli qardaş İsrailin hücumları zamanı həlak olub


  • 17 Aprel 11:13

Qəzza zolağının şimalında qızlarının toy hazırlığı üçün alış-veriş edən iki fələstinli qardaş İsrailin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində həlak olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qardaşların ailə üzvləri bildiriblər ki, iki qardaş müharibə və köçkünlük səbəbindən ləngiyən toy mərasimləri üçün üçün ləvazimat almağa gediblər.

Yerli mənbələrə görə, dünən səhər tezdən İsrailin pilotsuz təyyarəsinin Qəzzanın şimalındakı Beyt Lahiya bölgəsində fələstinlilərin qalasını hədəf alan hücumu nəticəsində iki qardaş həlak olub.

Bacıların əmisi Rami Varş Ağa bildirib ki, onlar kənd təsərrüfatı ilə məşğul olan mülki şəxslərdir və hər hansı silahlı fəaliyyətlə əlaqəsi yoxdur.

Baş verənlərin atəşkəs danışıqlarına zidd olduğunu bildirən Ağa qeyd edib ki, müharibə bir an belə dayanmayıb. Bombardman davam edir, mülki-hərbi ayrı-seçkilik yoxdur, hər kəs hədəfdədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər